Fransalı nazir: "Türkiyəyə əlimi uzadıram"
24 Yanvar 2012 14:19
Fransanın xarici işlər naziri Alen Jüppe Senatda qəbul edilən qanunla bağlı olaraq "Türkiyəni soyuqqanlı olmağa çağırdığını" söyləyib. Anspress CNN Türk-ə istinadən xəbər verir ki, nazir qanuna yaxşı baxmadığını daha öncə açıq şəkildə dilə gətirsə də, prezident Nikola Sarkozinin təkidi ilə səssiz qalmağı üstün tutmuşdu.
"Canal plus" televiziya kanalının suallarını cavablandıran Jüppe, "Türk dostlarımı soyuqqanlı olmağa dəvət edirəm və bu böyük ölkəyə, iqtisadi və siyasi bu böyük qüvvəyə əlimi uzadıram", - deyə bildirib.
Alen Jüppe Türkiyə və Fransanın yaxşı münasibətlərə ehtiyacı olduğunu qeyd edərək, Ankara ilə yaxşı münasibətlərin yenidən yaradılacağına inandığını qeyd edib: "Çağırış edirəm. Türkiyədə çox sayda fransız şirkətkəri var. Türkiyə ilə önəmli ticari və iqtisadi əlaqələrimiz var. Bizim Türkiyəyə, Türkiyənin də bizə ehtiyacı var. Mən reallığın hisslərin öhdəsindən gələcəyinə inanıram".
Milli.Az