ABŞ-da indiyədək COVID-19-dan 530 826 nəfər ölüb

12 Mart 2021 20:10

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 48 223 yoluxma halı qeydə alınıb, 1 463 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı Con Hopkins Universiteti yayıb.

Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 29 286 721-ə çatıb.

ABŞ-da indiyədək COVID-19-dan 530 826 nəfər ölüb.

Milli.Az