Gündoğan Premyer Liqanın ən yaxşısı seçildi

12 Mart 2021 18:54

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, "Mançester Siti"nin futbolçusu İlkay Gündoğandır.

Türk əsilli almaniyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada 5 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Milli.Az