Kimya müəllimi şagirdini azotla yandırdı - FOTO

12 Mart 2021 16:39

Şagirdini kimyəvi turşuyla yandıran müəllimin məhkəməsi keçirilib.

Milli.Az nypost-a istinadla bildirir ki, şagirdinin üstünə maye halında azot tökməklə onun qasıq bölgəsini və barmağını yandıran müəllim hakim qarşısına çıxarılıb.

Olay ABŞ-ın İllinoys ştatında yaşanıb. Çikaqodakı məktəblərin birində kimya müəllimi işləyən 66 yaşlı Garry Broderson şagirdini yandırdığına görə həbs olunub. O, 1 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

İsmayıl
Milli.Az