Ata oğlu ilə dava edən məktəbliləri güllələdi

12 Mart 2021 15:44

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadla xəbər verir ki, məktəbdə şagirdlər arasında dava düşüb. Hadisə yerinə  gələn ata oğlunun ağladığını görüb. Buna qəzəblənən ata oğlu ilə dava edən iki məktəblini silahla güllələyib.  Məktəblilərin hər ikisi hadisə yerindəcə ölüb. Cani şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az