Rusiyada koronavirusdan ölənlərin sayı 91 mini ötüb

12 Mart 2021 13:44

Rusiyada son sutka ərzində daha 9794 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 370 617 nəfərə çatıb.

Son sutka ərzində 486 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 91 220 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az