"Azərpoçt"a yeni direktor müavin təyin olunub

12 Mart 2021 12:11

"Azərpoçt" MMC-nin baş direktoruna yeni müavin təyin olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu vəzifə Xəyyam Əlizadəyə həvalə olunub. O, vəzifəsinin icrasına fevralın 22-dən başlayıb.

Bu təyinatla baş direktorun müavinlərinin sayı üçə çatıb.

Qeyd edək ki, X. Əlizadə 1972-ci ilin noyabrın 29-da Bakı şəhərində anadan olub. 1989-cu ildə Patris Lumumba adına Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 1994-cü ildə həmin fakültəni riyaziyyatçı ixtisası ilə bitirib.

Milli.Az