Quş qripi mutasiyaya uğrayıb insandan insana keçəcək - Xəbərdarlıq

12 Mart 2021 11:56

Ötən ay Rusiyada bir neçə nəfərdə aşkar edilmiş yeni növ quş qripi virusu (H5N8) böyük ehtimalla tezliklə mutasiyaya uğrayacaq və insandan insana ötürüləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

O bildirib ki, mutasiyanın tezliklə baş verməsi ehtimalı böyükdür:

"Amma bizim bu ssenariyə hazırlaşmaq üçün və zəruri vaksin yaratmaq üçün vaxtımız var. Əgər buna zərurət yaranacaqsa, biz hazır olmalıyıq"

A.Popova əlavə edib ki, bu virusun insanda aşkar olunması "dünya səviyyəli kəşf" idi və sanitar-epidemioloji nəzarət sisteminin fəaliyyətinin nəticəsi olub.

Xatırladaq ki, fevralın ortalarında Rusiyanın cənubunda quşçuluq fermalarının birində 7 nəfərin quş qripinə yoluxması barədə məlumat yayılmışdı.

Milli.Az