Gürcüstanda koronavirusa daha 332 yoluxma qeydə alınıb

12 Mart 2021 11:49

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 332 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 274 377, ölənlərin sayı isə 3 634 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 267 764 nəfərin sağaldığı bildirilir.

Milli.Az