Ermənistanda COVID-19-a yoluxanların sayı 177 mini ötüb

12 Mart 2021 11:39

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 177 104 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 818 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3243 nəfərə çatıb.

Milli.Az