Taksi sürücüsünün üzünə öskürən qadın həbs olundu - FOTO

12 Mart 2021 10:26

Taksi sürücüsünün üzünə öskürən qadın saxlanılıb.

Milli.Az nypost-a istinadla bildirir ki, ABŞ-ın Kaliforniya ştatında Uber sürücüsünün üzünə öskürən qadın həbs olunub.

Taksiyə maskasız minən qadın sürücünün iradlarına əhəmiyyət verməyib, əksinə onun üstünə öskürüb. Qadın bu əməlinə görə saxlanılıb.

24 yaşlı Malaysia King əməlinə görə peşman olduğunu bildirib.

İsmayıl
Milli.Az