Mozdok-Qazıməmməd qaz kəmərində qəza

28 Aprel 2010 09:26
"Moskva vaxtı ilə saat təxminən 22:30 radələrində Mozdok-Qazıməmməd magistral qaz kəmərinin 530-cu kilometrliyində qaz sızması qeydə alınıb", - deyə mənbə "İnterfaks"a bildirib.

Mənbənin sözlərinə görə, qaz kəmərinin həmin hissəsi bağlanılacaq və hazırda qazın boşaldılması işləri aparılır.

İlkin məlumatlara görə, qazın boşaldılmasından sonra rayonun altı yaşayış məntəqəsi qaz təchizatsız qalacaq.

"Hazırda qəza rayonu mühasirəyə alınıb", deyə mənbə bildirib.

/APA/