Britaniyada koronavirusun daha bir yeni variantı aşkarlandı

11 Mart 2021 21:03

Böyük Britaniyada koronavirusun "VUI-202103/01" adlandırlıan daha bir yeni bir variantı müəyyən edilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, yeni variant martın 4-də Antiquadan gələn 2 nəfərdə aşkarlanıb.

Bununla yanaşı, ölkədə koronavirusun "Braziliya ştamı"na 4 yoluxma hadisəsi də qeydə alınıb.

Milli.Az