Vətən müharibəsində iştirak edən bu şəxslərlə bağlı qanun təsdiqləndi

11 Mart 2021 19:10

Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

Qanuna görə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.

Milli.Az