Myanmada kütləvi etirazlar - 10 nəfər öldü

11 Mart 2021 19:24

Myanmada kütləvi etirazlar davam edir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, çevriliş nəticəsində formalaşan hərbi xuntaya etiraz və legitim hökumət üzvlərinin həbsinin pislənməsi məqsədilə keçirilən aksiyalar keçirilir.

Təhlükəsizlik qüvvələri xüsusi amansızlıqla etirazları yatırmağa çalışır. Hadisələr nəticəsində 10 nəfər həyatını itirib, xeyli insan yaralanıb. 100-dən çox insan isə həbs olunub.

Milli.Az