Prezidentlərin görüşü davam edir

25 Yanvar 2010 14:00
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Soçinin "Krasnaya polyana" Qəbul Evində keçirilən danışıqlarda İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanla yanaşı, digər şəxslər də iştirak edir. Bunlar Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan, həmçinin Rusiya prezidentinin köməkçisi Sergey Prixodko, Ermənistan Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyandır.

Üçtərəfli müzakirələrin başa çatmasından sonra İ.Əliyevlə S.Sarkisyanın ATƏT-in Minsk Qrupu həmsədrləri ilə ayrı-ayrılıqda görüşmələri də nəzərdə tutulub.

Milli.Az