Rusiyada silah fabrikində YANĞIN

11 Mart 2021 17:29

Rusiyada ordu üçün silah istehsal edən V.A. Degtyarev şirkətinə məxsus fabrikdə yanğın baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Kovrov şəhərində qeydə alınıb. Xilasetmə qruplarının müdaxiləyə davam etdiyi ifadə edilib. Rusiya mətbuatı yanğında ölən və yaralananların olmadığını bildirib.

Yanğının baş vermə səbəbi  araşdırılır.

Milli.Az