Azərbaycanda bu günə kimi neçə nəfər vaksinasiya olunub?

11 Mart 2021 11:55

Azərbaycanda bu günə kimi 430 mindən çox şəxs vaksinasiya olunub.

Bu barədə Milli.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında uğurla davam etdirilir:

"Martın 10-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 11,447 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 436,849 nəfər peyvəndlənmə prosesində iştirak edib".

Milli.Az