Ancelina Colidən qeyri-adi addım

11 Mart 2021 14:04

Hollivud ulduzu Ancelina Coli arıçı qadınların mühafizəkar anası olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bunun üçün aktrisa "2021-ci il arıçı qadınlar" proqramına qoşulub. Layihəyə Fransanın Provans bölgəsində iyunda start veriləcək.

Növbəti 5 il ərzində həyata keçiriləcək proqramda məqsəd, arıçı qadınlara təlimlər təşkil edərək onları daha inkişaf etdirmək, eyni zamanda 125 milyon arı artırmaqdır. Ancelina layihəyə qatılan qadınların hər biri ilə tək-tək tanış olub, müəyyən görüşlər təşkil edəcək. Proqrama dünyanın bir çox ölkələrindən arıçı qadınlar qatılacaqlar. 

Milli.Az