Gürcüstanda koronavirusa yoluxanların sayı 274 mini ötüb

11 Mart 2021 13:24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 395 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 274 045, ölənlərin sayı isə 3 622 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 267 421 nəfərin sağaldığı bildirilir.

Milli.Az