Ermənistanda ötən sutkada 748 nəfər COVID-19-a yoluxub

11 Mart 2021 12:59

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 176 286 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  ötən sutka ərzində daha 748 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3239 nəfərə çatıb.

Milli.Az