Gəncədə qaçırılan qızdan XƏBƏR VAR

11 Mart 2021 10:15

Gəncədə qaçırılan qız ailəsinə təhvil verilib.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

Milli.Az