Masallı rayonunda ikibaşlı quzu doğulub
28 Aprel 2010 09:00
Masallı rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. Rayonun Qızılağac kənd sakini, 1972-ci il təvəllüdlü Fuad Həsənovun şəxsi təsərrüfatında bəslənilən qoyunlardan biri möcüzəli quzu doğub.
Belə ki, dördayaqlı quzunun iki başı, iki ağzı , üç gözü və bir dili var. Əlli başa yaxın qoyun və mal-qara sahibi olan F.Həsənov 30 ildən çox heyvandarlıqla məşğul olduğunu, həyatında ilk dəfə belə qeyri-adi təbiət hadisəsi ilə rastlaşdığını bildirib.
Qeyd edək ki, körpə quzu normal qidalansa da, ayağa durmaqda çətinlik çəkir.
/APA/