Dərslərin küçədə keçirilməsi təklif edilib - Latviyada

11 Mart 2021 10:49

Latviyada ibtidai və orta siniflər üçün məktəb dərslərinin küçədə keçirilməsi təklif edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Təhsil Nazirliyi bu addımla koronavirusun yayılma ehtimalını azaltmaq istəyir.

"Bunu necə həyata keçirəcəyimi bilmirəm, amma bu mütəxəssislərin üzərində işləmələri lazım olan bir təklifdir", - deyə hökumət başçısı Krişyanis Karinş bəyan edib.

Milli.Az