Azərbaycanlı müğənni pandemiyaya görə evini satmağa məcbur qaldı

11 Mart 2021 09:17

Müğənni Aynur Dadaşova illərdir yaşadığı evini satıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə jurnalist Şahin Cavadsoy sosial şəbəkədə məlumat verib.

O bildirib ki, sənətçinin evini satmasına səbəb karantin günlərində maddi sıxıntı yaşaması olub.

Qeyd edək ki, Əməkdar artist Teymur Əmrah da bu səbəbdən evini satmışdı.

Milli.Az