Ajda 48 saata 4 milyon qazandı

11 Mart 2021 09:29

75 yaşlı müğənni Ajda Pekkan yeni reklama çəkilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi siması olduğu mebel markasının reklam çarxından 4 milyon TL (təxminən 891 min manat) qazanıb.

Çəkiliş 48 saata tamamlanıb. Kamera qarşısına dizayner Gülşah Saraçoğlunun hazırladığı geyimdə çıxan sənətçi ideal bədən quruluşu ilə diqqət çəkib.  

Milli.Az