Gürcüstanın Baş naziri Azərbaycana gələcək

11 Mart 2021 08:48

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yaxın vaxtlarda Azərbaycana işgüzar səfərə gələcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayevlə görüşdə deyib.

Qeyd edək ki, bu, Qaribaşvilinin uzun fasilədən sonra baş nazir kimi Azərbaycana ilk səfəridir.

Milli.Az