Superliqa klubunda yeni baş məşqçi

11 Mart 2021 08:23

Türkiyənin "Yeni Malatyaspor" klubunun baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi İrfan Buza tapşırılıb. 54 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. O, fevralda istefaya göndərilmiş Hamza Hamzaoğlunu əvəz edib.

Qeyd edək ki, İrfan Buz son olaraq "Kasımpaşa"nı çalışdırıb.

Milli.Az