Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub

10 Mart 2021 19:25

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, növbəti iclasın martın 13-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 8 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Milli.Az