Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Vurğulanıb ki, telefon danışığı zamanı tərəflər ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.
Müdafiə nazirləri, eyni zamanda, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin icrası ilə bağlı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıblar.
Milli.Az