Rusiya ATƏT nümayəndəsi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

10 Mart 2021 17:58

Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titov ATƏT-in hazırkı sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya XİN bildirib.

Qeyd olunub ki, tərəflər regiondakı əməkdaşlığı, o cümlədən Qarabağı müzakirə ediblər.

Bundan başqa, Rusiya-İsveç ikitərəfli münasibətləri də müzakirə mövzusu olub.

Milli.Az