21 yaşlı tələbə qaçırılıb?

10 Mart 2021 17:42

Gəncə şəhərində 21 yaşlı tələbə Gülər Mirzəyevanın bu gün səhər saatlarında qaçırıldığı deyilir.

Onun valideynləri hadisədən sonra polisin hərəkətsiz qalması barədə iddia ilə çıxış ediblər. Bununla bağlı DİN rəsmi açıqlama verib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov qafqazinfo-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsində araşdırma aparılır: "Araşdırmanın gedişatı barədə valideynlərə məlumat verilib. Polis əməkdaşları barədə səslənən fikirlər həqiqəti əks etdirmir".

G.Mirzəyevanın anası iddia edir ki, Vüsal adlı şəxs və onun tanışı olan iki kişi qızını zorla maşına mindirərək qaçırıb.

Milli.Az