Ərdoğan və Putin Akkuyu AES-in üçüncü reaktorunun təməlqoyma mərasimində iştirak edir

10 Mart 2021 17:26

Türkiyənin Mersin vilayətində Akkuyu atom elektrik stansiyasının üçüncü nüvə reaktorunun təməlqoyma mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında iştirak edir.

Qeyd edək ki, 4 reaktordan ibarət olacaq stansiya 5 min meqavatta yaxın enerji istehsal edəcək.

Mərasimdə çıxış edən V.Putin bildirib ki, AES 2023-cü ildə istismara veriləcək.

Milli.Az