“Qalatasaray” Belhandanı göndərdi

10 Mart 2021 18:06

"Qalatasaray" mərakeşli yarımmüdafiəçisi Yunis Belhandanı klubdan göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onunla müqavilə təktərəfli şəkildə pozulub.

Buna səbəb isə Belhandanın "Bein Sport" kanalına verdiyi müsahibədə klub rəhbərliyi əleyhinə sözlər deməsidir.

Milli.Az