Oğru polisdən bu şəkildə gizlənməyə çalışdı - VİDEO

10 Mart 2021 18:01

Türkiyənin İstanbul şəhərində oğurluqda günahlandırılan şəxsin evinə polis basqın edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, uzun müddətdir axtarışda olan şəxs evinə polis girdiyini görərək, gizlənib.

Belə ki, o, yorğanın altında gizlənməyə çalışsa da, polis onu saxlayıb. Türk mediasında oğrunun gizləndiyi yer gülüş obyektinə çevrilib.

Milli.Az