171 milyon manatdan çox maddi ziyan ödənilib

10 Mart 2021 17:55

Baş Prokurorluq ötən il ölkədə baş vermiş cinayətlər zamanı dəymiş ziyanın ödənilməsi ilə bağlı məlumat açıqlayıb.

Baş prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki, 2020-ci ildə prokurorluq və digər müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə 171 milyon 628 min 342 manat maddi ziyanın ödənilməsi təmin edilib.

Milli.Az