Azərbaycanlı milyonçu həbs edildi

10 Mart 2021 14:43

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt-Peterburqda "TD Intertorg" ("Spar" və "Narodnaya semya" mağazalar şəbəkəsi) şirkətinin sabiq rəhbəri Allahverdi Abdulayev saxlanılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Azərbaycanlı iş adamı 8 milyard rublu mənimsəməkdə şübhəli bilinir. A.Abdulayev saxlanılarkən onunla birgə şirkətin hüquqşünası və maliyyə direktoru da olub.

Milli.Az