Qapıçının evi qarət olundu

10 Mart 2021 16:51

İngiltərənin "Everton" klubunun qapıçısı Robin Olsenin evi qarət olunub.

Milli.Az apasport.az-a istinadla bildirir ki,cinayəti naməlum maskalı şəxslər törədib.

Hadisə zamanı futbolçu, həyat yoldaşı və uşaqları da evdə olub. Onlar evdə olanlara bıçaq və xəncərlə hədə-qorxu gəliblər. Cinayətkarlar evdə pul və qiymətli əşyaları axtarıb. 

Qeyd edək ki, araşdırmalara başlayan polis heç kimin zərər çəkmədiyini bildirib.

Milli.Az