Astarada torpaq sürüşməsi aktivləşib, 9 ailə köçürülüb - Rəsmi

10 Mart 2021 12:50

Astaranın Şümrüd kəndində ötən ildən başlayan torpaq sürüşməsi son yağan yağışlardan sonra daha da aktivləşib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Astara rayon İcra Hakimiyyətindən bildiriblər. Bildirilib ki, torpaq sürüşməsi səbəbindən ərazidə yaşayan 18 ailədən 9-u artıq köçürülüb:

"Sürüşmə təqribən ötən ilin payız aylarından başlayıb və son günlər daha da aktivləşməyə doğru gedir. Təhlükəli əraziyə yaxın olan 9 ailə artıq köçürülb və RİH tərəfindən hər birinə 4 ayılıq 400 manat ayrılıb. Sürüşmə bu zonada daha əvvələr də baş verirdi, sadəcə o vaxtlar yaşayış olmayan yerlər idi".

RİH-dən əlavə edilib ki, hadisə ilə bağlı Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib:

"Onlar hadisə yarinə də baxış keçiriblər".

Milli.Az