Türkiyə sərhəddində böyük gərginlik yaşanır: döyüş təyyarələri hərəkətə keçdi

10 Mart 2021 15:29

Səudiyyə Ərəbistanı hökuməti 6 ədəd döyüş təyyarəsini Yunanıstanın Krit adasındakı "Souda" hərbi bazasına gönədərəciyini bəyan edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, təyyarələr təlimlərə cəlb ediləcək. Yunanıstan mediasının məlumatına görə, krallığın qırıcılarını Türkiyə sərhədinə göndərməsi güc nümayişidir.

Qeyd edək ki, 4 gün sonra Egey və Aralıq dənizinin şərqində Türkiyə əleyhinə olan bir neçə ölkənin iştirakı ilə təlimlər keçiriləcək.

Türk hərbi gəmilərinin və qırıcılarının bölgədə olması gərginliyi artırıb.

Milli.Az