Hande Yener xəstəliyindən danışdı

10 Mart 2021 14:50

Pandemiya səbəbilə vaxtının çoxunu evdə keçirən müğənni Hande Yener ticarət mərkəzlərindən birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, jurnalistlərin suallarını cavablandıran sənətçi uzun müddətdir əziyyət çəkdiyi xəstəliyindən danışıb:

"Qulaqlarımda cingilti və səs-küy var. Bu mənə çox əziyyət verirdi. Dəfələrlə müalicə olundum. Hazırda isə biraz azalıb. 2021-ci ildə hər kəsə can sağlığı arzu edirəm. Sağlamlıq çox vacibdir. İnsan başına gəlməyincə bilmir. Səhhətin pis olmağı psixologiyaya da mənfi təsir edir".

Milli.Az