Türkiyədə tələbələri daşıyan avtobus aşdı: 2 ölü, 27 yaralı

10 Mart 2021 12:03

Türkiyənin Batman şəhərinin Sason rayonunda tələbələrlə tekstil fabriki işçilərini daşıyan avtobus 300 metrlik uçurumdan aşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  səhər saatlarında baş verən qəza nəticəsində 2 nəfər həyatını itirib, 5-i ağır vəziyyətdə olmaqla 27 nəfər yaralanıb. Həlak olan iki nəfərin qardaş və tələbə olduqları müəyyən olunub.

Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub. Yaralıların hamısı xəstaxanaya yerləşdirilib.

Milli.Az