Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

10 Mart 2021 11:36

Martın 9-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21,204 nəfər vaksinasiya olunub.

Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 428,635 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Milli.Az