Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

10 Mart 2021 13:17

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 513 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 273 650, ölənlərin sayı isə 3 613 nəfərə çatıb.

Virusa yoluxanlardan 267 111 nəfərin sağaldığı bildirilir.

Milli.Az