""Cənub Qaz Dəhlizi" çoxtərəfli enerji layihəsidir" - Dövlət Departamenti

10 Mart 2021 10:44

"Cənub Qaz Dəhlizi" çoxguşəli, çoxtərəfli enerji layihəsidir.

Milli.Az bildirir ki, bunu Trend-ə ABŞ Dövlət Departamentindən deyiblər.

Qeyd olunub ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 7-ci iclasında təmsil olunmuş bütün ölkələr, eləcə də layihədə iştirak edən bir çox şirkətlər bunun icrasında vacib rol oynayıblar:

"Biz "Cənub Qaz Dəhlizi"nin təsirini çox dəqiq görürük. Məsələn, Türkiyə daha çox Azərbaycan qazı almağa başlayıb. İtaliyada, Yunanıstanda və Bolqarıstanda istehlakçılar da bu qış ilk dəfə Azərbaycanın tədarük etdiyi Xəzər qazından faydalanırlar".

Milli.Az