"Qarabağ"ın sabiq hücumçusunda narkotik aşkarlandı

10 Mart 2021 12:27

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Rumıniyanın "Dinamo" klubunda çıxış edən Maqaye Qeye narkotik maddə qəbul etməkdə ittiham olunur.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Rumıniya kubokunun "Styaua" ilə matçından sonra hücumçunun qanında kokain aşkarlanıb.

Qeyd edək ki, Qeye 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib. O, Ağdam klubunda 28 oyuna 8 qol vurub.

Milli.Az