Polşada aeroportda koronavirus xəstələtini itlər aşkarlayacaq

10 Mart 2021 10:32

Polşa COVID-19 daşıyıcılarını müəyyənləşdirmək üçün xidməti itlərdən istifadə etməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, heyvanlar biyomaterialların köməyi ilə koronavirusu olan insanları xəstəliyi keçirən, yoluxmayan və ya peyvənd edilməyənlərdən qoxlayaraq fərqləndirməyi öyrənəcəklər.

İtlərin ilk qrupu labradorlardan və bir ingilis koker-spanielldən təşkil edilib. Onlar səkkiz həftəlik kurs keçəcək və hava limanlarında çalışacaqlar.

Milli.Az