Türkiyənin ilk kişi modeli Karahan Çantay vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, uzun müddət öncə Türkiyədən Taylanda köçən 47 yaşlı model 2 gün əvvəl motosiklet qəzasında dünyasını dəyişib.
Riyaziyyat müəllimi kimi fəaliyyət göstərən modelin nəşini heç kimin götürmədiyi açıqlanıb.
Qeyd edək ki, K.Çantay 1995-ci ildə "Mr Turkey" birincisi olub.
Milli.Az