Burakdan ayrılıq iddialarına cavab - FOTO

10 Mart 2021 09:44

Hazırda "Maraşlı" serialında rol alan aktyor Burak Dəniz model sevgilisi Didem Soydanla ilk dəfə fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun sevgilisi ilə birgə at mindikləri şəkli sosial şəbəkədə izləyiciləri ilə bölüşməsi böyük marağa səbəb olub.

B.Dəniz beləliklə, ayrılıq iddialarına da son qoyub.

Qeyd edək ki, modelin Burak Dənizin serialdakı tərəf müqabili Alina Bozu qısqandığı deyilirdi.

Milli.Az