Əxlaqsız dayə həbs olundu

24 Yanvar 2012 11:03
Milli.Az NBC-yə istinadən bildirir ki, Birləşmiş Ştatların Nyu-Cersi şəhərinin yaxınlığında yaşayan 32 yaşlı Cennifer Mahoni dayə işlədiyi evdəki 5 yaşlı qıza təcavüz edərək bu səhnələri internetdə yayıb.

Polisdən verilən məlumata görə, Mahoni iyrənc səhnələri "Skype" vasitəsilə rəfiqə və dostlarına onlayn nümayiş etdirib.

Daha sonra isə Mahoni biçarə qızcığaza ən murdar formalarda təcavüz edərək bunu videokamera vasitəsilə çəkib və Texasda yaşayan dostu, pedofil Robert Ramosa yollayıb.
Federal Təhqiqat Bürosunun əməkdaşları Ramosun evində axtarış aparanda həmin videofayllar pedofilin noutbukunda tapılıb.
O da məlum olub ki, Mahoni 5 yaşlı qıza dəfələrlə təcavüz etməzdən əvvəl ona "Xanax" preparatı verib.

Nyu-Cersi prokuroru Pol Fişmenin dediyinə görə, Cennifer Mahonini 15 ildən 30 ilədək həbs cəzası gözləyir.

Milli.Az